Azərbaycan futbolçuları Qazaxıstanla qarşılaşacaq

Azərbaycan futbolçuları Qazaxıstanla qarşılaşacaq
# 19 noyabr 2019 02:34 (UTC +04:00)

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurur.

Apasport.az saytının məlumatına görə, oyunları Yunanıstanda keçirilən IX qrupda mübarizə aparan milli son matçına çıxacaq.

İlk iki turda uduzan Vüqar Məmmədin yetirmələri Qazaxıstanla görüşəcək. Hər iki rəqib elit-raunda vəsiqə şansını itirdiyindən matç formal xarakter daşıyacaq.

Yunanıstana 1:6, Almaniyaya 0:2 hesabı ilə məğlub olan yığma təsəlli qələbəsini qazanmağa çalışacaq.

Qeyd edək ki, qrupun digər görüşündə Almaniya ilə Yunanıstan üz-üzə gələcək

Avropa çempionatının seçmə mərhələsi
IX tur
16:00. Qazaxıstan – Azərbaycan
Baş hakim:
Denis Şurman (Ukrayna)
Patra. “Pampeloponnisiako” stadionu

1

Yunanıstan

2

2

0

0

11-2

6

2

Almaniya

2

2

0

0

7-0

6

3

Azərbaycan

2

0

0

2

1-8

0

4

Qazaxıstan

2

0

0

1

1-10

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR