Azərbaycan futzal yığması “Caspian Cup-2019”da ilk xalını qazanıb

Azərbaycan futzal yığması “Caspian Cup-2019”da ilk xalını qazanıb
# 23 sentyabr 2019 17:49 (UTC +04:00)

Rusiyanın Həştərxan şəhərində təşkil olunan futzal üzrə “Caspian Cup-2019” turnirində II turun oyunları keçirilir.

APA-nın məlumatına görə, Azərbaycan millisi 2-ci qarşılaşmasında İran futzalçıları ilə qarşılaşıb.

Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Komandamızın heyətində Amadeu fərqlənib. Digər topun müəllifi isə öz qapısına qol vuran Mohammadreza Sanqsefidi olub.

Bu, millinin turnirdəki ilk xalı olub. Birinci turda Rusiya yığması ilə qarşılaşan komanda 1:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, Joze Alesionun yetirmələri sentyabrın 25-də keçiriləcək son turda Qazaxıstanla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR