Azərbaycan klubu Çempionlar Liqasını xalsız bitirib 

Azərbaycan klubu Çempionlar Liqasını xalsız bitirib 
# 12 oktyabr 2019 21:20 (UTC +04:00)

Futzal üzrə Azərbaycan çempionu “Araz”ın avrokubokda mübarizəni başa vurub.

APA-nın məlumatına görə, Çempionlar Liqasına əsas mərhələdən qoşulan Naxçıvan klubu III turda Ukrayna təmsilçisi “Xerson”la qarşılaşıb.

Joze Alesionun yetirmələri oyunları Belçikada keçirilən 2-ci qrupun bu görüşündə də məğlub olublar. İlk iki qarşılaşmadakı məğlubiyyətlərdən sonra qrup sonunculuğu rəsmiləşən “Araz” formal xarakterli matçda da xal qazana bilməyib – 3:8. Azərbaycan çempionunun qollarına İsa Atayev və Xətai Bağırov, həmçinin topu öz qapısına vuran Mixail Zavrıx imza atıb.

Qeyd edək ki, “Araz” bunadək Belçikanın “Halle Qooik” komandasına 1:5, Portuqaliya təmsilçisi “Benfika”ya 0:7 hesabı ilə uduzub.

1

Xerson

3

2

1

0

16-7

7

2

Benfika

2

1

1

0

8-1

4

3

Halle Qooik

2

1

0

1

8-8

3

4

Araz

3

0

0

3

4-20

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR