Azərbaycan millisinin futbolçusu Almaniya klubunda rekord vurub

Azərbaycan millisinin futbolçusu Almaniya klubunda rekord vurub
# 23 oktyabr 2019 09:51 (UTC +04:00)

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın “Aue” klubunun tarixinə düşüb.

APA-nın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi komandasının heyətində penaltidən ən çox qol vuran futbolçu adına yiyələnib.

II Bundesliqanın hesabat turunda “Aue”nin “Nürnberq” üzərində 4:3 hesablı qələbəsində bir qolla pay sahibi olan D.Nazarov komandasının heyətində 11-ci dəfə penaltidən fərqlənib. 12 belə imkan qazanan futbolçu yalnız bir dəfə imkanı qaçırıb.

Bununla da D.Nazarov 2003-08-ci illərdə penaltidən 10 qol vuran Yorq Emmerixin rekordunu yeniləyib. Azərbaycan yığmasının futbolçusu rekord vurmasına münasibət bildirib: “Klub tarixinin rekorduna imza atdığım üçün şadam. Oyundan sonra ünvanımıza deyiləcək xoş sözlər üçün darıxmışdım. Qarşılaşmanın ilk yarısında cərimə meydanında təhlükəli vəziyyətlər az idi. Oyunun sonluğu inanılmaz oldu. Penalti epizoduna gəlincə, hakimin orada düzgün qərar verib-verməməyini deyə bilmərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR