Azərbaycan millisinin futbolçusu "Okjetpes"lə müqavilə imzalayıb

Azərbaycan millisinin futbolçusu "Okjetpes"lə müqavilə imzalayıb
# 23 iyul 2019 13:06 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Aysun Əliyeva karyerasını Qazaxıstanda davam etdirəcək.

APA-nın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi "Okjetpes" klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

O, yeni komandası ilə 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, A. Əliyeva son mövsümdə “Uğur” klubu ilə Azərbaycan kubokunun qalibi olub. O, həmçinin yarışın ən yaxşı futbolçusu da seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR