Azərbaycan Premyer Liqasında II turun oyunları keçiriləcək

Azərbaycan Premyer Liqasında II turun oyunları keçiriləcək
  • Clock-gray 14:00
  • calendar-gray 23 Avqust 2019

Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

APA-nın məlumatına görə, üç gün ərzində dörd oyun keçiriləcək.

Tur liderlərin qarşılaşması ilə başlayacaq. Mövsümə qələbə ilə başlayan üç komandadan ikisi Sumqayıtda qarşılaşacaq. Şəhərin eyniadlı təmsilçisi “Səbail”i sınağa çəkəcək.

İkinci oyun günündə iki matç təşkil olunacaq. Paytaxt təmsilçilərinin duelində “Sabah” “Keşlə”ni qəbul edəcək. Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” isə ilk ev oyununda “Qəbələ” ilə üz-üzə gələcək.

Tura daha bir paytaxt derbisi ilə yekun vurulacaq. “Zirə” və “Neftçi” mövsümdə ilk qələbələrini qazanmaq üçün mübarizə aparacaqlar.

Azərbaycan Premyer Liqası
II tur

24 avqust (şənbə)

“Sumqayıt” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”, 19:00

25 avqust (bazar)

“Sabah” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”, 18:45

“Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Azersun Arena”, 21:00

26 avqust (bazar ertəsi)
“Zirə” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 19:00

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date