Azərbaycan Premyer Liqasında IX turun hakimləri açıqlanıb

Azərbaycan Premyer Liqasında IX turun hakimləri açıqlanıb
# 23 oktyabr 2019 15:09 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında IX turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

APA-nın məlumatına görə, oktyabrın 26-28-də baş tutacaq oyunların hakim, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib.

Ötən mövsümün mükafatçıları “Qarabağ”la “Səbail” arasında mərkəzi oyunu Orxan Məmmədov idarə edəcək. Əliyar Ağayev isə “Sumqayıt” – “Neftçi” görüşündə fit çalacaq. Digər iki oyun Elçin Məsiyev və Rauf Cabbarova həvalə olunub.

Azərbaycan Premyer Liqası
IX tur
26 oktyabr (şənbə)
“Sabah” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”, 18:00
“Keşlə” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 16:00


27 oktyabr (bazar)
“Sumqayıt” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”, 17:30
28 oktyabr (bazar ertəsi)
“Qarabağ” – “Səbail”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR