Azərbaycan Premyer Liqasında “Qarabağ”ın seriyası qırılıb

Azərbaycan Premyer Liqasında “Qarabağ”ın seriyası qırılıb
# 23 oktyabr 2019 11:44 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında VIII turun ən yaxşı futbolçusu və rəmzi komandası açıqlanıb.

APA-nın məlumatına görə, “İnStat”ın təhlilinə əsasən Rəhman Hacıyev turun ən yaxşısı seçilib.

“Neftçi”nin yarımmüdafiəçisi “Zirə” ilə oyundakı çıxışına görə ən yüksək indeksə malik olub. Bununla da mövsümdə ilk dəfə turun oyunçusu “Qarabağ” deyil, başqa komandadan seçilib. Əvvəlki 7 turda Ağdam klubunun üzvləri ən yaxşı adına yiyələnirdi.

Turun rəmzi yığması isə aşağıdakı kimidir:

Qapıçı: Səlahət Ağayev - 271 (“Neftçi”)

Müdafiəçilər: Təmkin Xəlilzadə - 305 (“Sabah”)-2, Kiril Petrov – 263 (“Neftçi”), Franko Flores - 258 (“Keşlə”)-3, Maksim Medvedev - 273 (“Qarabağ”)

Yarımmüdafiəçilər: Baqali Dabo – 302 (“Neftçi”), Qara Qarayev - 258 (“Qarabağ”)-2, Rəhman Hacıyev - 318 (“Neftçi”), Dani Kintana – 300 (“Qarabağ”)-3

Hücumçular: Stiven Monroz - 295 (“Neftçi”)-3, Mehdi Şərifi - 248 (“Sumqayıt”)-2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR