“Barselona” İvan Rakitiçi satmaqdan imtina edib

“Barselona” İvan Rakitiçi satmaqdan imtina edib
# 23 avqust 2019 17:07 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Xorvatiya millisinin futbolçusu İvan Rakitiçin gələcək karyerasına aydınlıq gəlib.

APA-nın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi çıxış etdiyi İspaniya “Barselona”sında qalacaq.

Belə ki, Kataloniya təmsilçisi İ.Rakitiçi satmaqdan imtina edib. İtaliyanın “Yuventus” klubu bu keçid üçün “Barselona” ilə danışıqlara başlasa da, ispaniyalılar oyunçunu saxlamağa üstünlük veriblər.

Qeyd edək ki, “Yuventus”a qədər digər İtaliya klubu “İnter”də xorvatiyalını heyətinə qatmaq istəsə də, transfer baş tutmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR