Bəhlul Mustafazadə: "Legioner həyatı yaşamaq istəyirəm"

Bəhlul Mustafazadə: "Legioner həyatı yaşamaq istəyirəm"
# 17 noyabr 2019 00:19 (UTC +04:00)

"Oyun gözlədiyimiz kimi çətin keçdi. Rəqib qrupdan çıxmaq üçün çalışır".

Apasport.az saytının məlumatına görə, bunu AVRO-2020-nin seçmə mərhələsində Uelslə oyundan sonra Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə deyib.

22 yaşlı müdafiəçi 0:2 hesabı ilə uduzduqları matçı şərh edib: "Qarşılaşmanın başlanğıcında qol buraxdıq. Təəssüflər olsun ki, toparlana bilmədik və sonradan ikinci topu qapımızda gördük. Buna da təəssüf edirəm ki, sonuncu ev oyununuzda azarkeşləri sevindirə bilmədik".

Onun sözlərinə görə, iki top hesabı ilə geri düşdükdən sonra özünəinam azalıb və bu üzdən ikinci hissə daha çətin keçib: "Penalti verilsəydi, vəziyyət dəyişə bilərdi. Geridönüş edə bilərdik. Düzdür, ev oyunları ilə müqayisədə səfərdə daha yaxşı çıxış edirik. Açığı, səbəbini dəqiq deyə bilməyəcəyəm. Bəlkə də səfərdə rahat oluruq".

B. Mustafazadə son oyunda səfərdə Slovakiya ilə matç barədə də danışıb: "Qrupu 1 xalla başa vurmaq istəmirik. Etiraf edib ki, indiki mənzərə bizi razı salmır. Ancaq reallığı da nəzərə almaq lazımdır. Qrupumuzdakı bütün komandalar səfərdə baxımından bizdən güclüdür. Slovakiya ilə oyun bugünkündən daha çətin olacaq. Çünki onlar səviyyəsinə görə Xorvatiyadan sonra ikinci komandadır. Amma vuruşacağıq və xalla dönməyə çalışacağıq".

O, ölkə xaricində oynamaq şansı barədə də danışıb: "Təbii ki, legioner həyatı yaşamaq istəyirəm. Ancaq konkret klub adı çəkə bilmərəm. Bəlkə də maraqlanan var, amma rəsmi deyilməyib. Özünüz də görürsünüz ki, xarici futbolçuların keyfiyyəti ilə bizim aramızda fərq var. Odur ki, mümkün qədər ölkədən çıxmaq lazımdır. Belə bir şans olsa, mütləq dəyərləndirəcəyəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR