Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd açıqlanıb

Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd açıqlanıb
# 19 sentyabr 2019 09:31 (UTC +04:00)

Çempionlar Liqasında qrup mərhələsinin ilk turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

APA-nın məlumatına görə, baş tutan 16 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.

Bunlar Erlinq Braut Haaland (“Zalsburq”), Andre Ter Şteqen (“Barselona”), Anxel di Mariya (PSJ) və Mislav Orsiçdir (“Dinamo” Z). Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı sentyabrın 20-də açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR