Dan Mori: "Neftçi"ni dayandırmaq üçün əlimizdən gələni edəcəyik"

Dan Mori: "Neftçi"ni dayandırmaq üçün əlimizdən gələni edəcəyik"
# 14 avqust 2019 19:19 (UTC +04:00)

"Onsuz də rəqibin gücünə, hücum xəttinə bələd idik. İndi də "Neftçi" haqda xoş sözlər deyə bilərəm. Bu, təkcə hücum xəttinə yox, bütün komandanın oyununa aiddir.

APA-nın Tel-Əvivə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu İsrailin "Bney Yehuda" klubunun futbolçusu Dan Mori deyib.

Komandasının kapitanı Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ylə sabahkı cavab qarşılaşması öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, Bakı klubunu mübarizədən kənarlaşdırmaq üçün bütün güclərini meydanda qoyacaqlar: "Neftçi"ni dayandırmaq üçün sabah əlimizdən gələni edəcəyik. Futbolda psixoloji hazırlıq önəmlidir. Sabahkı oyun haqda tam fikirləşirik. Bilirik ki, yaxşı komandayla yenidən qarşılaşacağıq".

Qeyd edək ki, "Bney Yehuda" Bakıdakı ilk matçdan 2:2 hesablı bərabərliklə ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR