Emil Balayev Qazaxıstanda mövsümün rəmzi yığmasına daxil edilib

Emil Balayev Qazaxıstanda mövsümün rəmzi yığmasına daxil edilib
# 13 noyabr 2019 09:38 (UTC +04:00)

Qazaxıstan Premyer Liqasında 2019-cu il mövsümünün rəmzi yığması açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Emil Balayev də “11-lik”də yer alıb.

“Tobol” klubunun qapıçısı mövsümdə ərzində 5 dəfə turun rəmzi komandasına daxil edilib. Bu, qolkiperlər arasında ən yüksək göstəricidir.

Düzdür, “Astana”nın əlcək sahibi Nenad Eriç də eyni sayda – 5 dəfə rəmzi yığmaya düşüb. Amma həmyerlimiz daha az qol buraxıb. Elə buna görə də E.Balayev mövsümün komandasında da yer alıb.

Qeyd edək ki, rəmzi yığmada 11 futbolçudan 10-u legionerdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR