Ermənistan klubu Avropa Liqasında yenə darmadağın olub

Ermənistan klubu Avropa Liqasında yenə darmadağın olub
# 17 iyul 2019 00:46 (UTC +04:00)

Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

APA-nın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Serbiya təmsilçisi “Çukariçki” Ermənistan “Banants”ını ikinci dəfə darmadağın edib. “Klaksvik”lə “Riterlai”nin duelində isə səfər qolu həlledici olub. Litvadakı ilk oyunda vurulan top Farer adaları təmsilçisini növbəti raunda daşıyıb. OFK ilə cütün taleyini ilk matçda həll edən Bolqarıstan MOİK-i isə Makedoniyada çətinliklə üzləşməyib.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları
16 iyul

19:00. "Banants" (Ermənistan) – "Çukariçki" (Serbiya) – 0:5
Stoyanoviç, 3, 75 (pen.), Tadiç, 31, Lukoviç, 49, Birmançeviç, 71
İlk oyun - 0:3
21:00. “Klaksvik” (Farer adaları) – "Riterlai" (Litva) – 0:0
İlk oyun - 1:1
22:30. "Titoqrad" (Monteneqro) - MOİK (Bolqarıstan) – 0:0
İlk oyun - 0:4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR