Futbol üzrə Azərbaycan yığması Farer adaları ilə də bacarmayıb

Futbol üzrə Azərbaycan yığması Farer adaları ilə də bacarmayıb
# 23 oktyabr 2019 18:00 (UTC +04:00)

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatında çıxışını başa vurub.

APA-nın məlumatına görə, milli bu gün seçmə mərhələdə 3-cü oyununu keçirib.

Qarşılaşmaları Farer adalarında keçirilən 5-ci qrupda mübarizə aparan Zamir Həsənovun baş məşqçisi olduğu komanda meydan sahibləri ilə görüşüb. İlk iki oyunda Sloveniyaya 0:6, Norveçə 0:5 hesabı ilə uduzan Azərbaycan yığması üçün bu matç formal xarakter daşıyıb.

Elit-raunda çıxmaq şansı qalmayan yığma autsayderlə görüşdə də uduzub. 0:1 hesablı məğlubiyyət nəticəsində milli sonuncu pilləyə yuvarlanıb və seçmə tsikli xalsız və qolsuz başa vurub.

Qeyd edək ki, qrupda turun digər oyununda Norveç Sloveniyanı 5:0 hesabı ilə məğlub edib.

1

Norveç

3

3

0

0

22-0

9

2

Sloveniya

3

2

0

1

10-5

6

3

Farer adaları

3

1

0

2

1-16

3

4

Azərbaycan

3

0

0

3

0-12

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR