İtaliya A seriyası klubları ödənilən maaşlar üzrə rekord vurublar

İtaliya A seriyası klubları ödənilən maaşlar üzrə rekord vurublar
# 10 sentyabr 2019 15:08 (UTC +04:00)

İtaliya A seriyasında çıxış edən futbolçuların 2019/20 mövsümündə qazanacağı maaşların ümumi bəlli olub.

APA-nın məlumatına görə, futbolçular bu müddətdə ümumilikdə 1 milyard 360 milyon avro qazanacaqlar.

Bu rəqəm A seriyasının tarixində mütləq rekorddur. “Yuventus” oyunçularına daha çox – 294 milyon avro ödəyir.

Futbolçular arasında rekordçu Kriştianu Ronaldodur. Turin təmsilçisi portuqaliyalıya 31 milyon avro verir.

A seriyasının ən çox maaş verən 10 klubu
1. Yuventus — 294 milyon avro
2. İnter — 139
3. Roma — 125
4. Milan — 115
5. Napoli — 103
6. Latsio — 72
7. Torino — 54
8. Fiorentina — 50
9. Kalyari — 44
10. Bolonya — 41

A seriyasının ən yüksək ödənişli 10 futbolçusu
1. Kriştianu Ronaldo — 31 milyon avro
2. Mateys de Liqt (hər ikisi “Yuventus”) — 8
3. Romelu Lukaku (İnter) — 7,5 + 1,5 (bonuslar)
4. Qonsalo İquain — 7,5
5. Paulo Dibala — 7,3
6. Adrien Rabio — 7 + 2
7. Aaron Remsi — 7
8. Miralem Pyaniç — 6,5
9. Duqlas Kosta — 6
10. Mario Mancukiç (hamısı “Yuventus”) — 6.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR