İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib

İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
  • Clock-gray 00:43
  • calendar-gray 13 Oktyabr 2019

AVRO-2020-nin seçmə mərhələsində VII tur başa çatıb.

APA-nın məlumatına görə, turun son günündə üç qrupda 8 qarşılaşma keçirilib.

D qrupunun lideri İrlandiya Gürcüstanda meydan sahiblərinin müqavimətini qıra bilməyib – 0:0. İsveçrəni bir qolla məğlub edən Danimarka liderə çatıb.

F qrupunun lideri İspaniya ilk xal itkisi ilə üzləşib. Norveçlə səfər heç-heçəsi pireneylilərin indidən AVRO-2020-nin final mərhələsinə yüksəlməsinə mane olub. İsveç Maltanı, Rumıniya Farer adalarını üstələyib.

J qrupunda İtaliya final mərhələsinə vəsiqəni təmin edib. Apenninlilər də bunu Yunanıstan üzərində qələbə ilə rəsmiləşdirib. Bosniya və Herseqovina Finlandiyaya darmadağınla qalib gəlib. Lixtenşteynlə Ermənistanın matçında isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, VII turun digər oyunları oktyabrın 10-11-də baş tutub.

AVRO-2020-nin seçmə mərhələsi
VII tur
12 oktyabr

D qrupu
17:00. Gürcüstan – İrlandiya – 0:0
20:00. Danimarka – İsveçrə - 1:0
Poulsen, 84

1

İrlandiya

6

3

3

0

5-3

12

2

Danimarka

6

3

3

0

16-5

12

3

İsveçrə

5

2

2

1

10-5

8

4

Gürcüstan

6

1

2

3

4-8

5

5

Cəbəllütariq

5

0

0

5

0-16

0

Növbəti oyunlar oktyabrın 15-də keçiriləcək: İsveçrə - İrlandiya, Cəbəllütariq – Gürcüstan.

F qrupu
20:00. Farer adaları – Rumıniya – 0:3
Puşkaş, 74, Mitrila, 83, Keseru, 90
22:45. Norveç – İspaniya – 1:1
Kinq, 90+3 (pen.) - Saul, 47
22:45. Malta – İsveç – 0:4
Danielson, 11, Larsson, 58 (pen.), 71 (pen.), Aqius, 66 (avtoqol),

1

İspaniya

7

6

1

0

18-4

19

2

İsveç

7

4

2

1

17-8

14

3

Rumıniya

7

4

1

2

16-7

13

4

Norveç

7

2

4

1

12-9

10

5

Malta

7

1

0

6

2-17

3

6

Farer a.

7

0

0

7

3-23

0

Növbəti oyunlar oktyabrın 15-də keçiriləcək: İsveç – İspaniya, Rumıniya – Norveç, Farer adaları – Malta.

J qrupu
20:00. Bosniya və Herseqovina – Finlandiya – 4:1
Xayroviç, 29, Pyaniç, 37 (pen.), 58, Hodziç, 73 – Pohyampalo, 79
22:45. Lixtenşteyn – Ermənistan – 1:1
Frik, 72 – Barseqyan, 19
22:45. İtaliya – Yunanıstan – 2:0
Jorjinyo, 63 (pen.), Bernardeski, 78

1

İtaliya

7

7

0

0

20-3

21

2

Finlandiya

7

4

0

3

9-8

12

3

Bosniya H.

7

3

1

3

16-12

10

4

Ermənistan

7

3

1

3

13-12

10

5

Yunanıstan

7

1

2

4

7-12

5

6

Lixtenşteyn

7

0

2

5

2-20

2

Növbəti oyunlar oktyabrın 15-də keçiriləcək: Finlandiya – Ermənistan, Lixtenşteyn – İtaliya, Yunanıstan – Bosniya və Herseqovina.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date