Lionel Messi ilə bağlı apelyasiya şikayəti verilib

Lionel Messi ilə bağlı apelyasiya şikayəti verilib
  • Clock-gray 12:58
  • calendar-gray 17 İyul 2019

Argentina Futbol Assosiasiyası (AFA) Lionel Messinin Amerika kubokunun 3-cü yer uğrunda Çiliyə qarşı oyununda (2:1) aldığı qırmızı vərəqə ilə bağlı apelyasiya şikayəti verib.

APA-nın məlumatına görə, qurum Cənubi Amerika Futbol Konfederasiyasına (KONMEBOL) təkcə şikayət müraciəti deyil, həm də hücumçunun məktubunu göndərəcək.

Lakin L.Messinin məktubunda üzr istəyib-istəməməsi barədə məlumat verilmir. Hərçənd KONMEBOL-u korrupsiyada ittiham edən futbolçunun üzr istəyəcəyi gözlənilir.

Braziliya ilə yarımfinal qarşılaşmasında (0:2) sonra KONMEBOL və hakimlərin ünvanına sərt ittihamlar irəli sürən L.Messi mükafatlandırma mərasiminə də qatılmayıb. Qurumun ünvanına işlətdiyi ifadələrə görə 32 yaşlı forvard 2 ilə qədər millidə oynamaq hüququndan məhrum edilə bilər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date