Lüksemburqun idman naziri təxribata görə "Qarabağ"dan üzr istəyib

Lüksemburqun idman naziri təxribata görə "Qarabağ"dan üzr istəyib
  • Clock-gray 00:25
  • calendar-gray 04 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyunu təxribatla əlaqədar dayandırıldıqdan sonra Lüksemburqun idman naziri Ağdam təmsilçisinin soyunub-geyinmə otağına gəlib.

APA xəbər verir ki, o, baş verən təxribata görə "Qarabağ" komandasının üzvlərindən üzr istəyib. 

Nazir qeyd edib ki, ölkəsi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır. O, təxribatçının tapılaraq, cəzalanacağını da deyib.

Nazirin üzrxahlığı stadionda da elan olunub.

Bundan sonra qarşılaşma dayandırıldığı 31-ci dəqiqədən davam etdirilib. 

Qeyd edək ki, xoşagəlməz hadisə Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date