Macar futbolçu: “Baş verənlərə görə əsəbiləşmirəm”

Macar futbolçu: “Baş verənlərə görə əsəbiləşmirəm”
# 14 oktyabr 2019 10:12 (UTC +04:00)

“Azərbaycanla oyunda iki fərqli hissə keçirdiyimizə üzülürəm”.

APA-nın məlumatına görə, bunu Macarıstan millisinin futbolçusu Balaş Cudjak deyib.

Təcrübəli futbolçu AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla Budapeştdəki qarşılaşması barədə fikirlərini bildirib. O, 1:0 hesablı qələbə qazandıqları oyunun gedişindən razı qalmayıb: “Çətin həftə keçirdik. Xorvatiyaya yollanıb səfər matçında bizi dəstəkləyən azarkeşlərimizə, Azərbaycanla görüşdə tribunalara toplaşan uşaqlara təşəkkür edirəm. Baş verənlərə görə əsəbiləşmirəm. Bunu unutmalıyıq. Şükürlər olsun ki, qarşılaşmanı qələbə ilə başa vurduq. Nəfəsimizi dərə bilərik. Bunu etsək, noyabrdakı qarşılaşmada yeni qüvvə ilə mübarizə apara biləcəyik. İndi isə bəzi məsələləri analiz etməliyik. Çünki oyuna yaxşı başlayırıq. Lakin ikinci hissəni pis başa vururuq. Bunu aradan qaldırmalıyıq”.

Qeyd edək ki, Macarıstan yığmasının kapitanı yunun 71-ci dəqiqəsində əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR