Marko Rossi: "Azərbaycan yığmasının vurduğu qol yəqin ki, təmiz idi"

Marko Rossi: "Azərbaycan yığmasının vurduğu qol yəqin ki, təmiz idi"
# 13 oktyabr 2019 23:00 (UTC +04:00)

“Azərbaycanla oyunda böyük təzyiq altında idim. İkinci qolu vura bilmədik. Hərçənd 4-5 imkanımız oldu”.

APA-nın məlumatına görə, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

O, AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunu barədə fikirlərini açıqlayıb. O, görüşün sonlarında yığmamızın vurduğu, lakin hakimin saymadığı qola görə bəxtlərinin gətirdiyini etiraf edib: “Bəxtimiz gətirdi. Çünki Azərbaycan yığmasının vurduğu qol yəqin ki, təmiz idi. Amma, Slovakiya ilə görüşdə olanı da unutmayaq. Sonradan bunlar unudulur. Bu gün yaxşı oynadıq və futbolçuları təbrik edirəm. İlk dəqiqələrdən yanaşmamız yaxşı idi və matçın əvvəlində xeyli qol vura bilərdik. 30 dəqiqədə ən azı 3 dəfə fərqlənməli idik. Azərbaycana qalib gəlmək asan deyil. Onları qiymətləndirməmək olmaz”.

Qeyd edək ki, Azərbaycan millisi Macarıstana 0:1 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR