Milan Şkrinyar: "Azərbaycanla oynamağın çətinliyini dərk edirik"

 Milan Şkrinyar: "Azərbaycanla oynamağın çətinliyini dərk edirik"
# 18 noyabr 2019 20:43 (UTC +04:00)

“Final mərhələsinə yüksələcəyimizə inanıram. Ümid edirəm ki, kimsə bizə kömək edəcək”.

Apasport.az saytının məlumatına görə, bunu Slovakiya millisinin futbolçusu Milan Şkrinyar deyib.

AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunöncəsi fikirlərini açıqlayan futbolçu iddialı danışıb: “Azərbaycanla görüşə qələbə istəyi ilə çıxacağıq. Bu, heç də asan olmayacaq. Asan qələbə qazanacağımızı düşünmək düzgün deyil. Azərbaycanla oynamağın çətinliyini dərk edirik. Lakin bu matça köklənəcək və seçmə mərhələnin yekunundakı yaxşı nəticəni düşünəcəyik. Pley-off barədə fikirləşmək hələ tezdir”.

Qeyd edək ki, noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR