“Milan”ın sabiq futbolçusu “Sampdoriya”ya keçib

“Milan”ın sabiq futbolçusu “Sampdoriya”ya keçib
# 08 oktyabr 2019 17:43 (UTC +04:00)

İtaliyanın “Sampdoriya” klubu heyətinə yeni futbolçu qatıb.

APA-nın məlumatına görə, Genuya klubu Andrea Bertolaççi ilə müqavilə imzalayıb.

“Milan”ın sabiq oyunçusu “Sampdoriya”ya azad agent statusu ilə keçib. 28 yaşlı yarımmüdafiəçi bir illik müqaviləyə imza atıb.

İtaliya millisində 5 oyun keçirən A.Bertolaççi karyerası ərzində “Milan”la yanaşı, “Roma”, “Leççe” və “Cenoa”da çıxış edib.

Qeyd edək ki, yeddi turdan sonra 3 xalla sonuncu pillədə olan “Sampdoriya”nın baş məşqçisi Eusebio di Françesko da istefaya göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR