"Neftçi" avrokuboka darmadağınla başlayıb - YENİLƏNİB-5

"Neftçi" avrokuboka darmadağınla başlayıb - YENİLƏNİB-5
# 11 iyul 2019 22:50 (UTC +04:00)

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilir.

APA-nın məlumatına görə, Bakının “Neftçi” klubu mövsümə səfərdə başlayıb.

“Ağ-qaralar” Moldovada “Speranta” ilə üz-üzə gəlib. Vaxtilə bu ölkədə çalışan Roberto Bordinin rəqibi daha yaxşı tanıması paytaxt klubunun lehinə olub.

Matçın əvvəlindən təşəbbüsə yiyələnən Topaz Premyer Liqasının gümüş medalçısı yekunda darmadağınla qələbə qazanıb. Oyunda hesabı 16-cı dəqiqədə Emin Mahmudov açıb. "Neftçi"nin kapitanı penaltidən rəqibi cəzalandırıb.

Bu qoldan sonra daha inamlı təsir bağışlayan Azərbaycan klubu 36-cı dəqiqədə ev sahiblərini yenidən mərkəzə dəvət edib. Stiven Jozef-Monroz "Neftçi"də debüt oyununda qol hesabını açıb.

İkinci hissədə hər iki komandanın qol şansı olub. Lakin Roberto Bordinin yetirmələri bundan lazımınca yararlanıblar. Rəhman Hacıyev hesabı 3:0-a çatdırıb və oyun da bu hesabla yekunlaşıb.

Komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər. Bu matçda da "Neftçi"nin qalib gələcəyi gözləniləndir.

Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
11 iyul
21:00. “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) - 0:3

Qollar: Mahmudov, 16, Jozef-Monroz, 36, Hacıyev, 76
Baş hakim: Timoti Marşall (Şimali İrlandiya)
“Speranta”: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 5. Mihael Bolun, 6. Bruno Barbosa, 9. Felipe Ramires, 11. Fabrise Elundu, 15. Oliver Perea, 17. İçaka Tyehi, 22. Ştefan Efros, 93. Maksim Yurku, 98. Alişer Mirzoyev
Ehtiyat oyunçular: 1. Denis Makoqonenko, 8. Konstantin Sandu, 10. İon Draqan, 20. Luis Misas, 23. İsa Yusuf, 31. İon Arabaci, 87. Ruslan Çelari
Baş məşqçi: Kristian Efros
“Neftçi”: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 11. Vanqelis Platellas, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin
Kişinyov. “Zimbru” stadionu

***

Saat. 22:33

Avropa Liqasının I təsnifat mərhələsinin “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) oyununda üçüncü qol vurulub.

APA-nın məlumatına görə, Kişinyovda keçirilən matçın 76-cı dəqiqəsində Bakı təmsilçisi fərqi 3 topa çatdırıb.

Komandamızın heyətində bu dəfə Rəhman Hacıyev fərqlənib.

***

Saat. 22:01

Avropa Liqasının I təsnifat mərhələsinin “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) oyununda ikinci hissə start götürüb.

APA-nın məlumatına görə, Kişinyovda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra bakılılar öndədirlər - 2:0.

***

Saat. 21:46

Avropa Liqasının I təsnifat mərhələsinin “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) oyununda komandalar fasiləyə yollanıb.

APA-nın məlumatına görə, Kişinyovda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra bakılılar 2:0 hesabı ilə öndədirlər.

***

Saat. 21:36

Avropa Liqasının I təsnifat mərhələsinin “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Kişinyovda keçirilən matçın 36-cı dəqiqəsində Topaz Premyer Liqasının gümüş mükafatçısı fərqi artırıb.

Stiven Jozef-Monroz "Neftçi"nin ikinci qolunu vurub.

***

Saat. 21:16

Avropa Liqasının I təsnifat mərhələsinin “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Kişinyovda keçirilən matçın 16 dəqiqəsində bakılılar hesabı açıblar.

Emin Mahmudov penaltidən fərqlənib.

***

Saat. 21:00

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilir.

APA-nın məlumatına görə, Bakının “Neftçi” klubu mövsümə səfərdə başlayır.

“Ağ-qaralar” Moldovada “Speranta” ilə üz-üzə gəlir. Vaxtilə bu ölkədə çalışan Roberto Bordinin rəqibi daha yaxşı tanıması paytaxt klubunun lehinədir.

Oyun Moldova klubunun doğma meydanında deyil, Kişinyovda keçirilir. Bu amil “ağ-qaralar”ın rəqibinin daha kiçik dəstəklə qalacağı deməkdir. Bakıdan Kişinyova öz hesablarına yollanan azsaylı “Forza Neftçi” azarkeşlərinin dəstəyi isə Azərbaycanın vitse-çempionuna yardım olacaq.

Qeyd edək ki, komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər.

Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
11 iyul
21:00. “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) - 0:0
Baş hakim:
Timoti Marşall (Şimali İrlandiya)
“Speranta”: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 5. Mihael Bolun, 6. Bruno Barbosa, 9. Felipe Ramires, 11. Fabrise Elundu, 15. Oliver Perea, 17. İçaka Tyehi, 22. Ştefan Efros, 93. Maksim Yurku, 98. Alişer Mirzoyev
Ehtiyat oyunçular: 1. Denis Makoqonenko, 8. Konstantin Sandu, 10. İon Draqan, 20. Luis Misas, 23. İsa Yusuf, 31. İon Arabaci, 87. Ruslan Çelari
Baş məşqçi: Kristian Efros
“Neftçi”: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 11. Vanqelis Platellas, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin
Kişinyov. “Zimbru” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR