“Neftçi”nin futbolçusu Azərbaycan millisində debüt edib

“Neftçi”nin futbolçusu Azərbaycan millisində debüt edib
  • Clock-gray 22:34
  • calendar-gray 09 Oktyabr 2019

Azərbaycan milli komandasının Bəhreynlə bu gün keçirilən yoldaşlıq oyunu yığmada yeni futbolçunun debütü ilə əlamətdar olub.

APA-nın məlumatına görə, sərəncamındakı debüt şansını gözləyənlərə start heyətində şans verməyən Nikola Yurçeviç dəyişikliklərlə bunu gerçəkləşdirib. 

Fasilədən sonra Abbas Hüseynovun yerinə oyuna daxil olan Ömər Buludov ilk dəfə millinin heyətində meydana çıxıb. “Neftçi”nin müdafiəçisi yığmanın tarixində 234-cü futbolçu olub. Milli bunadək 27 illik tarixindəki 252 görüşdə 233 oyunçu şans qazanmışdı.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date