Nikola Yurçeviç: "Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər"

Nikola Yurçeviç: "Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər"
# 13 oktyabr 2019 23:09 (UTC +04:00)

"İlk növbədə, rəqibi təbrik edir və uğurlar arzulayıram. Fasilə zamanı futbolçulara vəziyyəti dəyişməyin mümkünlüyünü bildirdim".

APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə oyunu şərh edib: “İlk yarıda komandam bir qədər ehtiyatlı idi. 0:1-dən sonra dönüş etmək mümkündür. Onlara daha cəsarətli oynamağı tapşırdım. İkinci hissədə Macarıstan üçün çətin oyun oldu. Oyunun gedişatı barədə deyiləsi bir şey yoxdur. Bunun bir çox səbəbləri var. Ola bilər Azərbaycan kiçik ölkədir, futbolda söz sahibi deyil. Əziyyətin belə ucuzlaşması sözə layiq deyil. VAR sisteminin xeyri var”.

N.Yurçeviç 0:1 hesabı ilə uduzduqları görüşdə əlavə edilmiş dəqiqələrdə rəqib qapısından keçirilən topun sayılmamasına da münasibət bildirib: “Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu. Macarıstanlı jurnalistlərə səmimiyyətlərinə görə təşəkkürümü bildirirəm”.

Mütəxəssis sayılmayan qolun müəllifi olan Bəhlul Mustafazadə barədə fikirlərini də bildirib: “Bəhlul Mustafazadə cəmi bir aydır əsas heyətdə oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb. O, Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdur. Bu barədə özü ilə söhbət edəcəyəm. Amma inanıram ki, bundan da özü üçün müsbət nəticə çıxaracaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR