"Qarabağ"ın Avropa Liqasında "Sevilya" ilə oyununun biletləri satışa çıxarılıb

"Qarabağ"ın Avropa Liqasında "Sevilya" ilə oyununun biletləri satışa çıxarılıb
# 13 sentyabr 2019 12:20 (UTC +04:00)

Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk matçının biletləri satışa çıxarılıb.

APA-nın məlumatına görə, İspaniyanın "Sevilya" klubuna qarşı sentyabrın 19-da keçiriləcək görüşü izləmək istəyən azarkeşlər bu gündən etibarən biletləri əldə edə bilərlər.

Bunun üçün onlar sektorlardan asılı olaraq, 3, 5, 15, 20, 50 və 100 manat ödəməlidir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m) və onlayn şəkildə İticket.az vasitəsilə əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 19-da baş tutacaq “Qarabağ” – “Sevilya” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR