“Qarabağ” qapıçısını “Sumqayıt”a göndərib

“Qarabağ” qapıçısını “Sumqayıt”a göndərib
# 13 sentyabr 2019 20:53 (UTC +04:00)

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

APA-nın məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu komanda "Qarabağ"ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb.

Mövsümün sonuna qədər "Sumqayıt"ın uğurları üçün çalışacaq gənc futbolçu "12" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, peşəkar karyerası ərzində yalnız "Qarabağ"da çıxış edən N.Mehbalıyev Azərbaycanın U-17, U-19 və U-21 millilərinə də çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR