“Qarabağ”ın futbolçuları Avropa Liqasının ən yaxşıları arasında yer alıb

“Qarabağ”ın futbolçuları Avropa Liqasının ən yaxşıları arasında yer alıb
# 04 oktyabr 2019 10:26 (UTC +04:00)

Avropa Liqasının II turundan sonra turnirin statistik göstəriciləri açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” ən yaxşılar arasında təmsil olunub.

Keçirdiyi 2 matçda rəqib qapılarına 5 dəfə zərbə endirən Abdullah Zubir bu göstəricidə 4-cü yerə şərikdir. Ən çox zərbə vuran futbolçu Bruno Fernandes (Sportinq) 7, Fransisko Soares (Porto) və Alfredo Morelos (Reyncers) 6 dəfə hədəfə düşüb.

“Qarabağ” klublar arasında da çərçivəyə ən çox zərbə vuranlardandır. 13 dəfə qapıya düşən Ağdam klubu 4-cü yerə şərikdir. Yalnız “Roma” (16), “Lüdoqorets” (15) və “Sevilya” (14) daha çox dəqiq zərbə vurub.

Riçard Almeyda ən çox ötürmə verənlərdən biridir. 170 dəfə pas atan braziliyalı Avropa Liqasında 11-cidir. Braziliyalı 148 dəfə komanda yoldaşlarına dəqiq ötürmə verib. O, bu göstəricidə 10-cudur. R.Almeyda 87 faiz dəqiq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR