“Qarabağ”ın yeni transferi: “Azarkeşlərin inamını doğrultmaq üçün əlimdən gələni edəcəyəm”

“Qarabağ”ın yeni transferi: “Azarkeşlərin inamını doğrultmaq üçün əlimdən gələni edəcəyəm”
  • Clock-gray 09:49
  • calendar-gray 24 İyun 2019

"Qarabağ" kimi kluba gəldiyim üçün çox sevincliyəm. Bura mənim üçün yeni təcrübədir”. 

APA-nın məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun futbolçusu Xayme Romero deyib.

Azərbaycan çempionunun yeni transferi üç illik müqavilə imzaladıqdan sonra keçidi haqda təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb: “Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq. Təbii ki, klub haqda məlumat toplamışam. Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm. “Qarabağ”ın son illərdə ardıcıl Azərbaycan çempion olması, avrokuboklarda qrup mərhələsində iştirak etməsi, həmçinin klubun idarəetməsində olan peşəkarlıq qərarıma müsbət təsir göstərdi. Özüm də artıq oyunları səbirsizliklə gözləyirəm ki, həm öz bacarığımı göstərim, həm də oyunumla komandama kömək edim.
Belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldır, futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir. Cəmi 2 həftə istirahətim olub, fiziki cəhətdən özümü yaxşı hiss edirəm. “Partizani”ylə oyuna qədər digər komanda yoldaşlarım kimi olmasa da, məndən istəniləm səviyyədə olmaq üçün tam gücümlə çalışacağam. Azarkeşlərin mənə olan inamını doğrultmaq üçün əlimdən gələni edəcəyəm".


 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date