Ramil Şeydayev "Dinamo"dan göndərilir

Ramil Şeydayev "Dinamo"dan göndərilir
# 23 oktyabr 2019 17:04 (UTC +04:00)

Rusiyanın “Dinamo” klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin xidmətindən imtina edə bilər.

APA-nın "championat.com"a istinadən məlumatına görə, Moskva təmsilçisi qış fasiləsində hücumçu ilə müqaviləyə xitam vermək niyyətindədir.

Müqavilədə tərəflərin anlaşmaya birtətəfli qaydada, kompansasiya ödəmədən xitam vermək hüququna malik olması ilə bağlı bənd var. “Dinamo” da buna əsaslanaraq R.Şeydayevi göndərəcək.

Klub rəhbərliyi növbəti mövsümdən tətbiq olunacaq yeni legioner limitinə görə bu addımı atmaq istəyir. Azərbaycan yığmasını seçdikdən sonra Rusiyada legioner sayılması isə hücumçunun əleyhinə işləyəcək.

Qeyd edək ki, Şeydayev cari mövsüm Premyer Liqada 7 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR