Rüfət Dadaşov: “Yurçeviçlə qərara gəldik ki, növbəti təyyarə ilə Almaniyaya qayıdım”

Rüfət Dadaşov: “Yurçeviçlə qərara gəldik ki, növbəti təyyarə ilə Almaniyaya qayıdım”
# 18 noyabr 2019 10:24 (UTC +04:00)

Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşovun durumuna bu gün aydınlıq gələcək.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsinin Uelslə Slovakiyaya qarşı oyunlarına çağırılan, lakin sonradan zədə səbəbindən heyətdən çıxarılan futbolçu Almaniya mətbuatına açıqlama verib.

Aşağı liqa təmsilçisi “Proyssen”də çıxış edən R.Dadaşov məşq zamanı aldığı xəsarətdən danışıb: “Yerə yıxılarkən birdən budumda ağrılar hiss etdim. Millinin baş məşqçisi Nikola Yurçeviçlə belə qərara gəldik ki, növbəti təyyarə ilə Almaniyaya qayıdım. Bazar ertəsi tam müayinə olunacağam. Ümid edirəm ki, tezliklə problem arxada qalacaq və yenidən meydana dönəcəyəm”.

Qeyd edək ki, R.Dadaşov millidə 24 oyuna 5 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR