"Sabah"ın hakimə hücum edən futbolçusunun cəzası açıqlanıb

"Sabah"ın hakimə hücum edən futbolçusunun cəzası açıqlanıb
# 22 oktyabr 2019 12:51 (UTC +04:00)

Azərbaycan milli komandasının və Bakının “Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə cəzalandırılıb.

APA-nın məlumatına görə, futbolçu ilə bağlı qərar AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında verilib.

Azərbaycan Premyer Liqasının VIII turunun “Keşlə” ilə səfər matçından (1:1) sonrakı hərəkətləri T.Xəlilzadəyə baha başa gəlib. Qarşılaşma başa çatandan sonra hakimə etiraza görə ikinci sarı və bu üzdən qırmızı vərəqə alan futbolçu aqressiv davranışı ilə diqqət mərkəzinə düşüb.

Hakimin üstünə hücum çəkən T.Xəlilzadə onu döyməyə cəhd edib. Bunu nəzərə alan komitə futbolçuya 5 oyunluq cəza verib. Bu cəzanın 3 matçlıq hissəsi şərtidir. İki oyunu buraxacaq T.Xəlilzadəyə üç aylıq sınaq müddəti veriləcək. Təkrar xoşagəlməz hadisə baş verərsə, saxlanılan 3 matçlıq cəza yeni qərara əlavə ediləcək.

Futbolçunun hərəkəti “Sabah”ı da ziyana salıb. Klub 4000 manat cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR