Uels yığması Azərbaycanla oyunöncəsi daha 2 itki ilə üzləşib

Uels yığması Azərbaycanla oyunöncəsi daha 2 itki ilə üzləşib
# 15 noyabr 2019 09:19 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Uels yığması daha iki itki ilə üzləşib.

APA-nın məlumatına görə, “Aston Villa”dan Nil Teylor, “Suonsi”dən Co Rodanın ardınca Tom Laurens (“Derbi”) və Denni Uord (Lester) da komandanın düşərgəsini tərk edib.

Bakı səfəri öncəsi “Derbi”nin hücumçusu sağlamlığı səbəbindən millidən ayrı düşübsə, “Lester”in qapıçısı şəxsi işləri ilə bağlı baş məşqçi Rayan Giqqzdən icazə alıb.

Qeyd edək ki, Azərbaycan – Uels matçı sabah “Bakcell Arena”da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR