Yeddiqat ölkə çempionu səhhəti ilə bağlı karyerasını bitirir

Yeddiqat ölkə çempionu səhhəti ilə bağlı karyerasını bitirir
# 02 oktyabr 2019 14:53 (UTC +04:00)

İtaliya millisinin sabiq futbolçusu Klaudio Markizio karyerasını başa vurur.

APA-nın məlumatına görə, “Yuventus” və “Zenit” klublarında oynamış yarımmüdafiəçi qərarını sabah Turin təmsilçisinə məxsus “Alyans Stadium”da rəsmən açıqlayacaq.

İtaliyalının 33 yaşında bu addımı atması səhhəti ilə bağlıdır. Sonuncu dəfə bu ilin fevralında meydana çıxan K.Markizionun “Zenit”lə müqaviləsinə iyulun 1-də xitam verilib. Sonradan onun “Monako”ya keçəcəyi gözlənilsə də, transfer baş tutmayıb.

Qeyd edək ki, “Yuventus”un yetirməsi olan yarımmüdafiəçi bu klubda ümumilikdə 25 il keçirib. Yeddi dəfə İtaliya çempionu olan K.Markizio 3 dəfə ölkə kuboku, 4 dəfə Superkubokunu qazanıb. Turin klubunda 389 matç keçirən oyunçu 37 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR