“Yuventus” yeni futbolçusunu təqdim edib

“Yuventus” yeni futbolçusunu təqdim edib
# 15 iyul 2019 17:47 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu növbəti transferini təqdim edib.

APA-nın məlumatına görə, Turin təmsilçisi heyətini uelsli futbolçu Aron Remsi ilə gücləndirib.

28 yaşlı orta sahə oyunçusu “ağ-qaralar”a azad agent statusu ilə qoşulub. İngiltərənin “Arsenal” klubu ilə müqaviləsi başa çatan A.Remsi yeni komandasında 8 nömrəli forma ilə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR