Erməni əsirliyində olan əsgər Vüsal Qaracayev: “Allah qoysa, nə vaxtsa evimizə qayıdacağam”

Erməni əsirliyində olan əsgər Vüsal Qaracayev: “Allah qoysa, nə vaxtsa evimizə qayıdacağam”
# 15 dekabr 2006 10:20 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Vüsal Qaracayevin anası Zeynəb Qaracayeva məlumat verib. Onun sözlərinə görə, övladı Vüsal Qaracayevin yazdığı məktub dekabrın 12-də BQXK-nin Bakı nümayəndəliyində olan zaman təqdim olunub. Z. Qaracayeva övladının yazmış olduğu ikinci məktubun hələ BQXK-nin Bakı nümayəndəliyində olduğunu qeyd edib. Ona təqdim olunan məktubun dekabrın 9-da həqiqətən övladı Vüsal Qaracayev tərəfindən yazıldığını qeyd edən Zeynəb Qaracayeva məktubun mətnini APA-ya təqdim edib. Məktubda deyilir: ”Salam ana. Məndən ötrü darıxmayın. Mən çox yaxşıyam. Atama de, darıxmasın, Allah qoysa, nə vaxtsa evə gələ bilərəm. Qonum-qonşuya salam deyin. Bacılarıma deyərsən darıxmasınlar. Bir vaxt evə gələcəyəm. Sağ olun, öpürəm. Bir də dostuma salam de. Darıxmayın, mən burda yaxşıyam. Darıxıram. Hər şey yaxşıdır, sağ olun, öpürəm”. Zeynəb Qaracayeva APA-nın Şimal-Qərb bürosuna bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi onu yenidən Bakıya dəvət edib. Əsir götürülmüş əsgərin anası bu gün Bakıya gələcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR