Məkkədəki yanğın zamanı azərbaycanlı zəvvarlar arasında zərərçəkən olmayıb

Məkkədəki yanğın zamanı azərbaycanlı zəvvarlar arasında zərərçəkən olmayıb
# 26 dekabr 2006 10:19 (UTC +04:00)
Bunu APA-ya Azərbaycanın Səudiyyə Ərəbistandakı səfirliyindən deyiblər. Səfirlikdən onu da əlavə ediblər ki, diplomatik nümayəndəliyimizin əməkdaşları yanğın baş vermiş ərazidə olublar. Yanğının başvermə səbəbləri hələ məlum deyil, yerli orqanlar araşdırmalar aparırlar.
Qafqaz Müsəlmanları İdarəsinin hazırda Həcc ziyarətində olan nümayəndəsi Hacı Azad Bağırov da APA-ya açıqlamasında azərbaycanlı zəvvarlar arasında zərərçəkənlərin olmadığını bildirib:” Artıq azərbaycanlı zəvvarların hamısı Məkkədirlər. Zəvvarlarımız arasında zərər çəkən, vəfat edən yoxdur. Bizim zəvvarlar arasında yanğın baş vermiş oteldə yerləşəni yoxdur. Hamı ziyarətini davam etdirir”.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki otellərindən birində yanğın baş verib. İlkin məlumata görə, yanğın nəticəsində 16 nəfər ölüb./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR