İki Füzuli sakini dəm qazından boğulub

İki Füzuli sakini dəm qazından boğulub
# 26 dekabr 2006 12:16 (UTC +04:00)
Dünən Xətai rayonu ərazisində məskunlaşmış iki Füzuli rayon sakini dəm qazından boğulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Zığ yolu küçəsi 39 saylı binanın yaxınlığında yerləşən dəmir vaqonda məskunlaşmış Füzuli rayon sakini 1938-ci il təvəllüdlü Xasməmməd Hüseynov dəm qazından boğularaq ölüb. Onun həyat yoldaşı, 1946-cı il təvəllüdlü Nabat Muradova isə dəm qazından boğularaq xəstəxanaya yerləşdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR