Xırdalanda qonaq ev sahibini öldürüb

Xırdalanda qonaq ev sahibini öldürüb
# 26 dekabr 2006 12:18 (UTC +04:00)
Dünən Xırdalan şəhərində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhər sakini Rafiq Quliyev evinə qonaq getdiyi qohumu Həsən Daşdəmirovla mübahisə edib. Nəticədə R. Quliyev şüşə qabla ev sahibinə xəsarət yetirib. Xəstəxanaya çatdırılan H. Daşdəmirovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada keçinib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR