Azər Əhmədov: “Nəşriyyatın çap xərclərini qaldıracağı ehtimalını nəzərə alaraq qəzetlərin satış qiymətini qaldırmırıq”

Azər Əhmədov: “Nəşriyyatın çap xərclərini qaldıracağı ehtimalını nəzərə alaraq qəzetlərin satış qiymətini qaldırmırıq”
# 22 yanvar 2007 16:16 (UTC +04:00)
“Baş redaktorların qəzetlərin satış qiymətini qaldırmaq məsələsində tərəddüd etməsinin səbəblərindən biri bu qərardan dərhal sonra “Azərbaycan” nəşriyyatının çap qiymətlərini qaldırması ehtimalıdır”. Bu fikirləri APA-ya “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov bildirib. Onun sözlərinə görə, redaktorlar arasında aparılan danışıqlar qiymətlərin qaldırılması ilə bağlı konkret qərar qəbul etməklə nəticələnməyib: “Buna görə də ən azı yanvarın sonuna kimi qiymətlərin artırılması gözlənilmir. Biz yaxın günlərdə yığışıb bu məsələni yenidən müzakirə etmək niyyətindəyik. Əgər qiymətlərin qaldırılması ilə bağlı qərar olacaqsa, bu artım gələn aydan tətbiq olunacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR