Azərbaycanın diaspora qurumları 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri keçiriblər

Azərbaycanın diaspora qurumları 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri keçiriblər
# 22 yanvar 2007 16:17 (UTC +04:00)
Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə bağlı anım mərasimləri keçirib. Bu barədə məlumat APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilib. Anım mərasimləri Qırğızıstanda, İsveçrədə, Gürcüstanda, Kanadada, Böyük Britaniyada, Türkiyədə, Avstraliyada və digər ölkələrdə türk və Azərbaycan diaspor təşkilatlarının birgə iştirakı ilə keçirilib. Mərasim iştirakçıları 1990-cı ildə sovet ordusunun Azərbaycanda dinc əhaliyə divan tutduğunu, xalqın mübarizə əzmini qırmağa cəhd etdiyini bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR