İnsan alveri ilə məşğul olan daha bir azərbaycanlı qadın həbs edilib

İnsan alveri ilə məşğul olan daha bir azərbaycanlı qadın həbs edilib
# 23 yanvar 2007 11:20 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları insan alveri ilə məşğul olan daha bir azərbaycanlı qadını həbs ediblər. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İlhamə Əliyevanın gəlir əldə etmək məqsədi ilə insan alveri ilə məşğul olduğu müəyyənləşib. O, qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə göndərərək cinsi istismara məruz qoyan mütəşəkkil qrupun üzvlərindən biridir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR