Elnur Aslanov: “Nisbətən liberal miqrasiya qanunvericiliyi MDB-nin təkmilləşməsində müəyyən rol oynaya bilər”

Elnur Aslanov: “Nisbətən liberal miqrasiya qanunvericiliyi MDB-nin təkmilləşməsində müəyyən rol oynaya bilər”
# 23 yanvar 2007 12:25 (UTC +04:00)
“Əgər, Müstəqil Dövlətlər Birliyinin mexanizmləri işləmirsə, bu qurumun fəaliyyətinə ehtiyac varmı? Bu gün iştirakçı dövlətlərdən yalnız Ermənistan MDB-nin modernləşdirilməsi barədə danışmır. Bu gün MDB çərçivəsində regionallaşma prosesi gedir GUAM və digər təşkilatlar yaranıb, qurumun Avropa və Asiya cinahlarına bölgüsü prosesi başlayıb. MDB inteqrasiya layihəsi kimi özünü doğrultmadı”. Bu fikirləri “Xəbərlər” mətbuat mərkəzində keçirilən tədbirdə Prezidentin İcra Aparatı rəhbərinin köməkçisi Elnur Aslanov söyləyib. Miqrasiya məsələlərinə münasibət bildirən Elnur Aslanov hazırda Rusiyada 3-7 milyon əmək miqrantının çalışdığını deyib. “Nisbətən liberal miqrasiya qanunvericiliyi Müstəqil Dövlətlər Birliyinin təkmilləşməsində müəyyən rol oynaya bilər. Biz isə bunu əksini görürük, bu şəraitdə Müstəqil Dövlətlər Birliyinin konseptual təşkilat kimi qalmasından danışmaq çətindir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR