Bakı şəhəri üzrə Təhsil İdarəsi 33 “reket” qəzetin siyahısını Mətbuat Şurasına təqdim edib

Bakı şəhəri üzrə Təhsil İdarəsi 33 “reket” qəzetin siyahısını Mətbuat Şurasına təqdim edib
# 23 yanvar 2007 13:00 (UTC +04:00)
Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Mətbuat Şurasının təşkilatçılığı ilə “Təhsil ocaqlarının KİV-lərlə əməkdaşlığının təkmilləşdirilməsi yolları” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, idarənin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Zəminə Əliqızı bildirib ki, dekabrın 1-dən başlayaraq 1 ay müddətində Bakının 11 məktəbinin rəhbərliyinə müxtəlif məqsədlərlə müraciət edən qəzetlərin siyahısını hazırlayıblar. Siyahıya 33 qəzetin adı daxil edilib: “Siyahı artıq Mətbuat Şurasına təqdim edilib. Reklam olmasın deyə, onların adını açıqlamaq istəmirəm. Ancaq onu qeyd edim ki, 33 qəzetin arasında ciddi qəzet yoxdur. Onlar ildə 2-4 dəfə çıxırlar, bəziləri isə heç çıxmayıb”.
Mətbuat Şurasının üzvü Qulu Məhərrəmli isə məktəb direktorlarının nəzərinə çatdırıb ki, təhsil müəssisələrinə müxtəlif məqsədlər üçün gələnlərin heç birinin jurnalistika ilə əlaqəsi yoxdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR