Professor Oqtay Məmmədov yol qəzasında ölüb

Professor Oqtay Məmmədov yol qəzasında ölüb
# 23 yanvar 2007 14:26 (UTC +04:00)
Professor Oqtay Məmmədov bu gün Bakı şəhərində baş verən yol qəzasında ölüb. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 23-də saat 06.45-də Atatürk prospektindəki “Samsung” mağazasının yaxınlığında naməlum avtomobil O. Məmmədovu vurub. Sürücü öncə zərərçəkəni xəstəxanaya çatdırmaq istəsə də, yolda onun keçindiyini görərək mərhumu yaxınlıqdakı “Laləndə” restoranının yaxınlığında yerə qoyub və hadisə yerindən qaçıb. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə “Jiquli” markalı taksi tərəfindən törədilib. Hazırda avtomobilin yeri və sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir. Faktla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR