Gəncədə “İnam” Ticarət Mərkəzinin yerində park salınır

Gəncədə “İnam” Ticarət Mərkəzinin yerində park salınır
# 23 yanvar 2007 14:38 (UTC +04:00)
“İnam” Ticarət Mərkəzinin yerində nəzərdə tutulan parkın salınmasına başlanılır. Bu barədə APA-nın qərb bürosuna Gəncə Çoxsahəli Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abit Əliyev məlumat verib. Onun sözlərinə görə, ticarət mərkəzinin köhnə köşkləri sökülərək ərazindən daşınır: “Bu yaxınlarda bu ərazi tanınmaz dərəcədə gözəlləşəcək. Burda yeni ağaclar əkiləcək, klumbalar salınacaq. Sakinlərin dincəlməsi üçün skamyalar qoyulacaq”. O, əlavə edib ki, yaxın vaxtlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Gəncə çayı sahilində salınacaq bu parkın şəraiti daha da yaxşılaşdırılacaq və şəhər sakinlərinin ən gözəl istirahət yerinə çevriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR