Ermənistan Silahlı Qüvvələri Ağdam cəbhəsində atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri Ağdam cəbhəsində atəşkəsi pozub
# 26 yanvar 2007 16:58 (UTC +04:00)
Bu gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 19.10-dan başlayaraq Ağdamın işğal altında olan Gülçülük sovxozu deyilən ərazidəki mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub. APA-nın Qarabağ bürosunun məlumatına görə, atəşkəsin pozulması 20 dəqiqə davam edib. Düşmən cavab atəşi ilə susdurulub. İtki barədə məlumat yoxdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR