“Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb

“Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb
# 27 yanvar 2007 09:08 (UTC +04:00)
Müdafiə Komitəsindən APA-ya daxil olan məlumata görə, bu addımın atılmasına S.Sədaqətoğlu barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin 2 ay uzadılması səbəb olub. Komitədə bir sıra yazıçılar, baş redaktorun qələm dostları təmsil olunur. İstintaqın süni şəkildə uzadıldığını bildirən komitə üzvləri bu bardə hüquq mühafizə orqanlarına, hakimiyyət dairələrinə, beynəlxalq təşkilatlara və prezident İlham Əliyevə müraciət etməyin vacib olduğunu bildiriblər. Toplantıda həm də yazıçı Rafiq Tağının hüquqlarının müdafiəsinin zəruri olduğu bildirilib və Komitənin Rafiq Tağının üzv olduğu Azad Yazarlar Ocağı ilə birlikdə fəaliyyət göstərməsi barədə qərar qəbul olunub. Yazıçı Rasət Pirisoyu Müdafiə Komitəsinin sədri seçilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR