Nizami rayonunda öldürülən 7-ci sinif şagirdinin qətli ilə bağlı 9-cu sinif şagirdi şübhəli şəxs qismində saxlanılıb

Nizami rayonunda öldürülən 7-ci sinif şagirdinin qətli ilə bağlı 9-cu sinif şagirdi şübhəli şəxs qismində saxlanılıb
# 30 yanvar 2007 13:34 (UTC +04:00)
Nizami rayonu Keşlə qəsəbəsində 201 saylı orta məktəbin 7-ci sinif şagirdi İlkin Hüseynlinin qətli ilə bağlı dünən həmin məktəbin 9-cu sinif şagirdi Adil Dadaşov şübhəli şəxs qismində saxlanılıb. Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan məlumat verilib. Hələlik A. Dadaşov barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, dekabrın 9-da çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan İ.Hüseynlini ölümcül vəziyyətdə Keşlə qəsəbəsindəki “Savalan” mebel fabrikinin yaxınlığında tapan şəxslər onu 32 saylı xəstəxanaya çatdırsalar da, məktəblinin həyatını xilas etmək mümkün olmayıb. Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hələlik qətli törədənlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Keşlə qəsəbəsinin sakinləri bildiriblər ki, İ.Hüseynli dərs vaxtı naməlum şəxs tərəfindən çölə çağırılıb. Sakinlər qətlin qisasçılıq zəminində baş verdiyini iddia edir. Onlar bildirib ki, İ. Hüseynlinin atası hərbçi olub. Qətl də mərhumun atasının fəaliyyəti ilə əlaqələndirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR